İrana ŞOK: ABŞ-ın regiondakı müttəfiqi İran ordusuna qarşı...
Bizi izləyin

ABŞ

İrana ŞOK: ABŞ-ın regiondakı müttəfiqi İran ordusuna qarşı...

ABŞ prezidenti Donald Trampın İran İslam Respublikasının Silahlı Qüvvələrinə bağlı İnqilab Keşikçiləri Korpusunu terror siyahısına salması qərarına ilk dəstək gəlib.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı bu qərarı məmuniyyətlə qarşıladığını açıqlayıb.

Ölkənin SPA rəsmi xəbər agentliyinin verdiyi informasiyaya görə, ABŞ bu qərarı ilə Səudiyyə Ərəbistanının daim təkrar etdiyi “beynəlxalq toplum İran tərəfindən dəstəklənən terrorizmlə üzləşməlidir” tələbini dəstəkləmiş olub.

Qeyd edək ki, Donald Tramp ötən gün İran İnqilab Keşikçiləri korpusunu xarici terror təşkilatları siyahısına daxil edib. ABŞ bu qərarla ilk dəfə başqa bir ölkənin ordusunu terror siyahısına salıb.

İran Milli Təhlükəsizlik Ali Şurası da bu qərara qarşılıq olaraq ABŞ Mərkəzi Qüvvələrini (CENTCOM) terror təşkilatları siyahısına daxil etdiyini açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm