Pompeodan Lavrova XƏBƏRDARLIQ: Finlandiya görüşünün detalları açıldı
Bizi izləyin

ABŞ

Pompeodan Lavrova XƏBƏRDARLIQ: Finlandiya görüşünün detalları açıldı

ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünü şərh edib.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Pompeonun sözlərinə görə, danışıqlar zamanı ABŞ-da keçiriləcək qarşıdakı seçkilərdə Rusiyanın müdaxiləsi mövzusunu qaldırıb, həmçinin vurğulayıb ki, bu, qəbuledilməzdir.

Eyni zamanda diplomatik mənbəyə istinadən TASS agentliyi bildirib ki, görüşdə Rusiyanın seçkilərə müdaxiləsi mövzusu müzakirə edilməyib və Rusiya tərəfi Pompeonun açıqlamasına görə təəccüblənib.

Qeyd edək ki, Sergey Lavrov və Mayk Pompeonun görüşü mayın 6-da Finlandiyada keçirilib. Lavrov həmkarı ilə söhbəti “yaxşı və konstruktiv” kimi qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm