ABŞ
Tramp ABŞ-ı parçalamaq istəyir - Sabiq nazirdən ŞOK ETİRAF
Donald Tramp ABŞ-ı parçalamağa çalışır.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq Müdafiə naziri Ceyms Mattis deyib.
Qaradərili Corc Floydun polis tərəfindən zorakılıqla öldürülməsinə etiraz olaraq baş qaldıran aksiyalar barədə danışan sabiq nazir Trampın bu müddətdə yetkin liderlik sərgiləmədiyini deyib.
O, irqçiliyə qarşı aksiyalara tam dəstəyini ifadə edib: “Donald Tramp həyatımda gördüyüm ABŞ xalqını birləşdirməyə çalışmayan, buna cəhd edirmiş kimi belə davranmayan yeganə prezidentdir. Bunun əvəzinə, bizi bölməyə çalışır. Yetkin liderlik olmadan keçirdiyimiz 3 ilin nəticələrinə qatlanırıq”.
Sabiq nazir Ağ Ev qarşısındakı etirazçılara polisin sərt müqavimətini də tənqid edib: “Təxminən, 50 il əvvəl orduya qatılanda konstitusiyanı dəstəkləmək və qorumaq üçün and içdim. Əsla eyni andı içən əsgərlərin hər hansı şəraitdə özünü yurddaşlarınının konstitusion haqlarını pozması istiqamətində əmr alacaqlarını xəyal etmədim.
Qeyd edək ki, Ceyms Mattis Trampın Suriyadan ordunu geri çəkmək qərarı ilə razılaşmadığına görə 2018-ci ilin dekabrında istefa vermişdi.
Zümrüd
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO