ABŞ
Trampın impiçmenti üzrə dinləmələr davam edir

ABŞ Senatı ölkənin sabiq Prezidenti Donald Trampın impiçmenti üzrə dinləmələri bərpa edib.
Publika.az ABŞ telekanallarına istinadla xəbər verir ki, prosesdə iştirak edən tərəflər artıq öz mövqelərini ortaya qoyublar. Onlar şənbə günü yekun çıxışlarını edəcəklər. CNN telekanalının hesablamalarına görə, impiçment üzrə final səsverməsinin yerli vaxtla 15:00-da (Bakı vaxtı ilə 00:00) başlağacağı gözlənilir.
Donald Tramp qiyama təhrikdə ittiham edilir. Yanvarın 6-da onun tərəfdarları Kapitoli binasına soxularaq Cozef Baydenin qələbə qazandığı prezident seçkilərinin nəticələrinin təsdiqinə müvəqqəti mane olublar.
Qeyd edək ki, Donald Trampın impiçmenti üçün 100 senatorun 67-nin səsi lazımdır, lakin hələlik buna nail olunmayıb.
Tramp ABŞ tarixində Konqresin aşağı palatası tərəfindən haqqında iki impiçment qərarı çıxarılmış ilk prezidentdir. Analitiklərin əksəriyyətinin fikrincə, sabiq dövlət başçısı bu dəfə də bəraət qazanacaq.

-
MDB02:43
Kamçatkada bir gündə 120-dən çox zəlzələ qeydə alındı
-
Region01:40
İstanbulda sərnişin bərəsi gəmi ilə toqquşdu: 12 nəfər yaralandı - Fotolar/Yeniləndi
-
İdman01:20
DÇ-nin qalibini evə ekonom-klassla yola saldılar: Ölkədə etiraz başladı
-
Qoroskop00:55
Günün ulduz falı: gözlənilməz xərclər və ya gecikmələr ola bilər
-
Nida Xəbər 00:05
Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
Hadisə19 Sentyabr 23:41
Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
-
Magazin119 Sentyabr 22:26
Alim Qasımovdan maraqlı açıqlamalar: “Anamla xanımıma rüşvət verirdim”- VİDEO
-
Art19 Sentyabr 22:12
"Grammy" mükafatlı sənətçi təyyarə qəzasında həlak oldu