Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video
Bizi izləyin

Hadisə

Marneulidə gürcü dilini bilməyən azərbaycanlı şillələndi - Video

Marneuli şəhərində gürcü bilməyən azərbaycanlı yeniyetmə şillələnib.

Publika.az 24Nyus.ge-yə istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər şəxs "Melody" şirniyyat evinə gələrək orada çalışan yeniyetmədən gürcü dilində danışmağı tələb edib.

Məlumata görə, yeniyetmə gürcü dilində cavab verə bilmədikdə həmin şəxs ona şillə vurub. Bu zaman ətrafda olan vətəndaşlarla həmin şəxs arasında qarşıdurma yaşanıb.

Bildirilir ki, hadisəni törədən şəxs Marneuli Bələdiyyə Məclisinin sədr müavini Riçard Qiqaninin oğlu Mamuka Qiqanidir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və adıçəkilən şəxsin polis şöbəsinə aparıldığı qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm