HƏYƏCAN TƏBİLİ: Vaşinqton Moskva və Pekinlə müharibə astanasındadır
Bizi izləyin

ABŞ

HƏYƏCAN TƏBİLİ: Vaşinqton Moskva və Pekinlə müharibə astanasındadır

"ABŞ Rusiya və Çinlə müharibə astanasındadır. Vaşinqton belə bir vəziyyətin yaranmasının səbəblərini təkbaşına yaradıb".

Publika.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer “The Wall Street Journal”a müsahibəsində deyib.

"Biz qismən yaratdığımız məsələlərlə bağlı Rusiya və Çinlə müharibənin astanasındayıq, bunun necə bitəcəyi və hara aparacağı barədə heç bir fikir yoxdur”, - Kissincer bildirib .

O, ABŞ hökumətinə gərginliyi artırmamağı, vəziyyəti həll etmək üçün variantlar axtarmağı tövsiyə edib.

Siyasətçi daha əvvəl bildirmişdi ki, Vaşinqtonla Pekin arasında davamlı qarşıdurmalar ABŞ-a Çinin hegemonluğunun qarşısını almağa və münasibətləri normallaşdırmağa kömək etməyəcək.

Kissincer daha əvvəl ABŞ-ın və bütövlükdə dünyanın daha görkəmli siyasi liderlərə ehtiyacı olduğunu qeyd edib və belə liderlərin vaxtında meydana çıxmayacağından narahatlığını bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm