ABŞ-da qar fırtınası 26 nəfərin həyatına son qoydu
Bizi izləyin

ABŞ

ABŞ-da qar fırtınası 26 nəfərin həyatına son qoydu

Son günlər ABŞ-da davam edən qar fırtınası və soyuq hava səbəbindən azı 26 nəfər ölüb, yüz minlərlə insan işıqsız qalıb.

Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Milli meteoroloji xidmətin açıqlamasında bildirilir ki, bəzi ərazilərdə açıq havada dayanmaq bir neçə dəqiqə ərzində donmaya səbəb ola bilər.

Məlumata görə, ABŞ-da 250 min ev və müəssisə elektriksiz qalıb. Onların yarısı Nyu-York və Men ştatlarının ərazisindədir.

Elektrik enerjisi şirkətləri ekstremal hava şəraiti ilə əlaqədar şəbəkələrdə artan yüklənmə səbəbindən istehlakçılardan enerjiyə, qaza və istiliyə qənaət etməyi xahiş edir.

Dekabrın 23-24-də aviaşirkətlər 8,4 mindən çox, dekabrın 25-də isə 1350-dən çox reysi ləğv edib.

Proqnoza görə, gələn həftənin sonunda ABŞ-da normadan yüksək temperaturlu isti hava olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm