ABŞ
Rusiya üçün dilemma planı: ABŞ Ukraynada nəyə hazırlaşır?
ABŞ Rusiyanı Ukrayna ilə danışıqlara sövq etməyə çalışır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner deyib.
Onun sözlərinə görə, 2024-cü ilin sonuna qədər bu planın həyata keçirilməsi nəzərdə tutulur. Vaşinqton Moskvanı Kiyev üçün məqbul şərtlərə razı salmaq niyyətindədir.
Belə görünür ABŞ Rusiyanı dilemma vəziyyətinə salmaq istəyir: ya danışıqlar masasına əyləşmək, ya da ABŞ və Avropanın dəstəklədiyi güclü Ukrayna ilə mübarizə aparmaq;
Fayner bildirir ki, ABŞ istehsal gücünü artırmaq üçün ukraynalılarla işləyir.
“Bir il yarımdan sonra silah partiyalarının təmin edilməsi indikindən qat-qat güclü olacaq. Bu çox çətin strateji seçimdir, amma biz istərdik ki, onlar üçün (Rusiya-red) dilemma yaradaq”, - o deyib.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə hesab edir ki, ABŞ 2024-cü ildə Kiyevə təsir edə biləcək və Moskva ilə mümkün razılaşmalara nail olacaq addımlar atmayacaq. Onun fikrincə, atəşkəs razılaşmasının baş tutması çətin görünür.
Ehtiyatda olan rusiyalı general-mayor Arkadi Vorobkalo bildirir ki, hazırda Rusiya və Ukrayna arasında sülh danışıqlarının vaxtı deyil. Onun sözlərinə görə, Rusiya cəbhədə üstündür və danışıqlar “zəiflərin işidir”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Kiyevlə danışıqlara hazır olduğunu dəfələrlə dilə gətirib.
Asif
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu
-
Yaxın Şərq00:30
Əsəd rejiminin ölüm saçan "şokolad"ları - ŞOK GÖRÜNTÜLƏR