ABŞ
Tramp Ukrayna ilə bağlı hansı planları qurur? - “Kimin “yaxşı oğlan” olduğunu bilirik”
Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyadan sonra Kiyev üçün ən əlverişli şərtlərlə Ukrayna münaqişəsinin həllinə nail olmağa çalışacaq.
Publika.az xəbər verir ki, bu barədə gələcək dövlət başçısı tərəfindən irəli sürülən ABŞ müdafiə naziri vəzifəsinə namizəd Pit Heqset bildirib.
Siyasətçi yanvarın 14-də ABŞ Konqresinin yuxarı palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə iştirak edib. Tədbirdə ondan Amerikanın yeni administrasiyasının “Ukraynadan əl çəkib getməyəcəyi” soruşulub.
“Bu, prezident səviyyəsində siyasi qərardır. O (Tramp) tamamilə açıq şəkildə bildirdi ki, biz bu münaqişənin sonunu görmək istərdik”, - Heqset qeyd edib.
Pentaqonun rəhbəri vəzifəsinə namizədin deyib ki, Trampın komandası Kiyev və Moskva qarşıdurmasında kimin “təcavüzkar” və “yaxşı oğlan” olduğunu yaxşı başa düşür.
“Biz bunun ukraynalılar üçün mümkün qədər faydalı olmasını istərdik”, - o əlavə edib.
Eyni zamanda, siyasətçi açıq şəkildə bildirib ki, hərbi əməliyyatlara son qoyulması əsas prioritet olaraq qalır.
Hüseyn İbadlı
-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı
-
ABŞ02:19Trampa nə olub? - Boynundakı qızartı diqqət çəkdi
-
Qoroskop01:40Günün qoroskopu: köhnə borclar və ya unudulmuş ödənişlər gündəmə gələcək
-
İnanc00:15Bu gün Od çərşənbəsidir
-
ABŞ2 Mart 20:36Böyük dalğa hələ başlamayıb - Trampdan İrana xəbərdarlıq
-
Dünya2 Mart 20:24Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu
-
İnanc2 Mart 19:40Ramazanın 13-cü gününün duası - İftar və imsak vaxtları
-
Region2 Mart 18:20Xameneinin həyat yoldaşı da öldü - Foto











.jpg)
















.jpg)






