Sabiq səfirə 15 il həbs cəzası verildi: 40 il bu ölkəyə casusluq edib
Bizi izləyin

ABŞ

Sabiq səfirə 15 il həbs cəzası verildi: 40 il bu ölkəyə casusluq edib

ABŞ-ın Argentina və Boliviyadakı keçmiş səfiri Manuel Roça 15 il müddətinə azadlıqdan məhrum edilib.

Publika.az xəbər verir ki, məhkəmə onu Kubanın xeyrinə casusluqda ittiham edib. “Reuters” məlumat verir ki, keçmiş diplomat casusluq da daxil olmaqla iki maddə üzrə təqsirli olduğunu etiraf edib və federal prokurorlarla əməkdaşlığa razılaşıb.

İstintaq müəyyən edib ki, 73 yaşlı Roça 40 ildən artıqdır ki, gizli şəkildə Kuba Kommunist Partiyasına (KKP) dəstək verib və ABŞ-a qarşı kəşfiyyat məlumatları toplayıb. Hətta ABŞ Dövlət Departamentində işləyərkən də. Roça 1981-ci ildən Dövlət Departamentində işləyib və hətta Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvü olub. Keçmiş diplomat 2023-cü ilin dekabrında saxlanılıb.

ABŞ Ədliyyə Departamentinin sözçüsü Devid Nyuman deyib ki, hökm yüksək rütbəli məmurun illərlə baş verən xəyanətinə son qoyub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm