Ölən məhbusların orqanlarını icazəsiz götürüb görün harada istifadə ediblər...
Bizi izləyin

ABŞ

Ölən məhbusların orqanlarını icazəsiz götürüb görün harada istifadə ediblər...

ABŞ-da ölümündən sonra orqanları icazəsiz götürülən məhbusların yaxınları Alabama ştatında həbsxanalardakı bəzi qurumları məhkəməyə verib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Montqomeri Dairə Məhkəməsində açılan iddialara görə, Alabama İslah Departamenti və Birmingemdəki Alabama Universiteti (UAB) orqanları icazəsiz alınaraq saxlanılan 5 məhbusun ailələri tərəfindən orqan oğurluğunda günahlandırılıb.

Ailələrin vəkili mərhum məhbuslardan icazəsiz götürülən orqanların təhsil məqsədilə istifadə edildiyini iddia edib.

Məlum olub ki, Alabama Universiteti ilə Cəzaçəkmə Müəssisələri Departamenti arasında məhbusların orqanlarının istifadəsi ilə bağlı müqavilə 2005-ci ildən qüvvədədir və orqanların götürülməsi üçün yalnız qarovul məmurunun imzası kifayətdir.

ABŞ Ədliyyə Nazirliyi ümumilikdə 26 mindən çox məhbusun saxlanıldığı Alabama həbsxanalarında zorakılıq və cinsi istismarın qarşısını almağın yolunu araşdırır.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm