Sabiq məmurlardan Baydenə şok xəbərdarlıq: Belə davam etsə...
Bizi izləyin

ABŞ

Sabiq məmurlardan Baydenə şok xəbərdarlıq: Belə davam etsə...

ABŞ-ın keçmiş prezidenti Obamanın dövründə müxtəlif vəzifələrdə çalışmış 250-dən çox məmur prezident Baydenə məktub yazıb.

Publika.az xəbər verir ki, məktubda deyilir ki, Birləşmiş Ştatlar indi tarixin yanlış tərəfində təkbaşına dayanan bir firondur.

Keçmiş Amerika rəsmiləri məktublarında Bayden administrasiyasını Qəzzada dərhal atəşkəs üçün təcili tədbirlər görməyə çağırıblar.

Məktubda “Siz Qəzzada daimi atəşkəsə çağıran demokratik seçicilərin artan çoxluğuna məhəl qoymursunuz” yazılıb.

Keçmiş rəsmilər ABŞ-ın İsrailə qeyd-şərtsiz silah dəstəyini davam etdirməsinin çox üzücü olduğunu bildirib. Onlar xəbərdarlıq ediblər ki, Bayden administrasiyası bu şəkildə davam edərsə, noyabrın 5-də keçiriləcək seçkidə məğlub ola bilər.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm