Cənubi Qafqaz
Gürcüstanda dövlət çevrilişi hazırlanır - Görün hansı ölkələrin əli var
Xarici qüvvələr Gürcüstanda dövlət çevrilişi etməyə çalışırlar.
Publika.az xəbər verir ki, bunu Tiflis meri və hakim “Gürcü arzusu” partiyasının baş katibi Kaxa Kaladze “Rustavi 2” telekanalının efirində deyib.
“Əlbəttə, ölkədə dövlət çevrilişi, inqilab etmək üçün kənardan cəhdlər var. Buna hətta mitinqə gələn o əcnəbiləri misal göstərmək olar. Bu, dostluq deyil, düşmənçilikdir, ölkədə qütbləşmə yaratmaq cəhdidir”, - Kaladze bildirib.
Tiflis meri "mitinqə gələn o əcnəbilər" deyərkən, görünür, İslandiya, Litva, Estoniya və Latviyanı nəzərdə tutur. Mayın 15-də bu ölkələrin xarici işlər nazirləri “Xarici agentlər haqqında” qanunu müzakirə etmək üçün Tbilisiyə işgüzar səfərə gəliblər. Onlar Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə görüşüblər. Həmin gün xarici işlər nazirləri tribunadan etirazçılara müraciət edərək xarici agentlər qanununa qarşı mitinqdə iştirak ediblər.
Gürcüstanda etirazlar bir neçə həftədir ki, davam edir. Buna baxmayaraq, mayın 14-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini üçüncü və yekun oxunuşda qəbul edib. Zurabişvili əvvəllər təşəbbüsə veto qoyacağına söz verib. ABŞ və Aİ ölkələri də qanuna qarşıdır. Ağ Ev artıq qanunun qüvvəyə minəcəyi təqdirdə Gürcüstanla münasibətlərə yenidən baxacağına söz verib. Aİ bunun ölkənin birləşmə yoluna mənfi təsir edəcəyi barədə xəbərdarlıq edib.
Akqabay
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı












.png)





















