ABŞ
ABŞ-da son sorğunun şok nəticələri: Prezident kim olacaq?
Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrini müəyyən edəcək altı əsas ştatdan beşində keçirilən sorğular keçmiş prezident Donald Trampın hazırkı prezident Co Baydeni qabaqladığını göstərir.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Sorğulara görə, gənc amerikalılar və rəngli seçicilər Baydendən narazılıqlarını bildirirlər.
“The New York Times”, “Siena College” və “The Philadelphia Inquirer” tərəfindən aparılan sorğu nəticəsində məlum olub ki, Tramp aşağıdakı ştatlarda Baydenə nisbətən daha çox dəstəyə malikdir: Miçiqan (müvafiq olaraq 49% və 42%), Arizona (49% və 42%), Nevada (50% və 38%), Corciya (49% və 39%) və Pensilvaniya (47% və 44%). Yalnız Viskonsin ştatında qüvvələr balansı Baydenin xeyrinədir (47% və 45%).
Söhbət o ştatlardan gedir ki, adətən ABŞ-ın iki aparıcı siyasi partiyasından heç birinin açıq üstünlüyü yoxdur. Və 2020-ci il seçkilərində Ağ Evin hazırkı rəhbəri bütün bu ştatlarda qalib gəldi.
Bundan əlavə, Tramp afro-amerikalıların 20%-dən çoxunun səsini alır. Bu, 1964-cü il Mülki Hüquqlar Aktının qəbulundan bəri ABŞ əhalisinin bu təbəqəsi arasında Respublikaçı namizədə verilən ən yüksək dəstəkdir.
Sorğunun nəticələrinə görə, amerikalı seçicilər ABŞ-ın Yaxın Şərqdəki müharibədəki mövqeyindən narazıdırlar, həmçinin Baydenin vətəndaşların həyatını yaxşılaşdırmağa qadir olduğuna şübhə edirlər.
Tural
-
Magazin221:12
Məşhur türk müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək