ABŞ
ABŞ-da terror aktı törədildi: ölənlərin sayı 15-ə çatdı - Yeniləndi
ABŞ-ınn Luiziana ştatının Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ölənlərin sayı azı 15-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə “CBS News”a rəsmi şəxslər bildirib.
***
Luiziana ştatının Nyu-Orlean şəhərində yeni il gecəsi şəhərin mərkəzində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində yaralananların sayı 35-ə yüksəlib.
Publika.az xəbər verir ki, bu haqda Nyu-Orlean polisi məlumat yayıb.
Qeyd edək ki, ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) ölkənin Luiziana ştatında bir sürücünün avtomobilini insanların üzərinə sürməsini terror aktı kimi təhqiq edəcəyini açıqlayıb.
Terrorçu polisə atəş açdıqdan sonra cavab atəşi ilə öldürülüb.
***
ABŞ-ın Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Bildirilir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.
"İlkin məlumatlara görə, avtomobil, çox güman ki, bir qrup insana çırpılıb. Xəsarət alanlar barədə məlumat olmasa da, ölüm hallarının olduğu bildirilir", - yerli polis idarəsindən qeyd olunub.
-
Avropa10:55
Putinlə görüşdən sonra "yoxa çıxan" Fitso görün harada imiş... - VİDEO
-
Nida Xəbər 10:45
Braziliya AZAL təyyarəsinin “qara qutularını” deşifrə etməyə başladı
-
Dünya08:15
Rusiya təyyarəsi Şarm əl-Şeyxə məcburi eniş etdi
-
Magazin106:46
Renka qırmızıya büründü: "İlboyu pis qız olmuşam" - FOTOLAR
-
Elm və təhsil06:16
Ali məktəblərə keçid ballarında dəyişikliklər: Bu il nələr gözlənilir?
-
Magazin203:18
Ferdi Tayfurun mahnıları ilə bağlı vəsiyyəti üzə çıxdı
-
Dünya02:19
Mənsur BMT TŞ-nin iclasında ağladı
-
İdman01:35
“Yunayted” “satqın”ı axtarır: məlumatları sızdırıb