ABŞ
Tramp Harrisi onun siyasi ideyalarını oğurlamaqda İTTİHAM ETDİ
ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində rəqibi olan Kamala Harris onun ideyalarını kopyalamaqda ittiham edib.
Publika.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
“Kəmalə Harris sadəcə olaraq mənim təklifimi köçürdü. Bu, Trampın ideyası idi, lakin onun heç bir fikri yoxdur, o, yalnız məndən oğurlaya bilər”, - siyasətçi yazıb.
O, əlavə edib ki, ondan fərqli olaraq, Harris vədinə əməl etməyəcək, çünki bunu yalnız siyasi səbəblərə görə deyirdi.
Qeyd edək ki, Harris Nevada ştatının Las-Veqas şəhərində keçirilən mitinqdə işçilər üçün nəzərdə tutulan bəxşişlərin vergidən azad olunmasından danışıb. Bundan əlavə, o, ABŞ-da qiymətlərin aşağı salınması üçün tədbirlər görəcəyini vəd edib. Halbuki, Tramp əvvəllər də bəxşişlərin vergiyə cəlb edilməsinə qarşı olduğunu bəyan edib.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. Ehtimal edilirdi ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası tərəfindən namizəd göstəriləcək. Lakin iyulun 21-də o, yarışdan çıxdığını elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasından namizədliyini irəli sürür .
Hüseyn İbadlı
-
Sosial22:00
Bakıda ahıl kişini dilənməyə məcbur edirlər? - VİDEO
-
İdman21:48
Lekler Azərbaycan Qran Prisinin seçmə mərhələsinin qalibi oldu
-
Dünya21:24
Günəşdə son illərin ən güclü partlayışı baş verdi
-
Magazin121:12
“Ələkbər əmi”nin qızı ailə qurdu - FOTO
-
Sosial20:48
Bu gün həlak olan əsgərin FOTOSU
-
Hadisə19:24
Ağdərədən ACI XƏBƏR: ölən və yaralananlar var - YENİLƏNDİ
-
Ekologiya19:00
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
-
Nəqliyyat18:25
Nömrəsiz avtomobillər şəhər küçələrində "at oynadırlar" - VİDEO