Putin üstündə dava: Bayden jurnalistə əsəbiləşdi
Bizi izləyin

ABŞ

Putin üstündə dava: Bayden jurnalistə əsəbiləşdi

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə bağlı sual verən jurnalistə əsəbiləşib.

Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, Amerika lideri Britaniyanın "Sky News" telekanalının onun sözünü kəsən müxbirinə sərt cavab verib.

“Mən danışana qədər sus, tamammı? Mən bunu deyirəm. Yaxşı fikirdir?", - Bayden müxbirə deyib.

Qeyd olunur ki, müxbir sualı Amerika prezidenti Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşündə açılış bəyanatı verməyə vaxt tapmamış verib. Müxbir bununla xarici liderlərin bəyanatlarından sonra jurnalistlərin sual verə biləcəyi protokolu pozub.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm