ABŞ-da helikopter radio qülləsinə çırpıldı - ANBAAN VİDEO
Bizi izləyin

ABŞ

ABŞ-da helikopter radio qülləsinə çırpıldı - ANBAAN VİDEO

ABŞ-ın Texas ştatının Hyuston şəhərində helikopter radio qülləsinə çırpılıb.

Publika.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidmətinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bildirilib ki, helikopter yerli vaxtla saat 19:54-də Engelke küçəsi və Ennis küçəsi ərazisindəki qülləyə çırpılıb. Ərazidə operativ və təcili xidmətlər fəaliyyət göstərir.

Qüllə bir neçə sənaye obyektinə bitişik ot sahəsi ilə əhatə olunub. Dövlət və şəhər rəsmiləri yanğının yaxınlıqdakı binalara keçməsi təhlükəsi barədə məlumat verməyib.

Şahidlərin sözlərinə görə, qüllənin yerində “metal yığını” yanır.

Ölən və xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm