Haqq gəldi, batil yox oldu: Bu ölkə Böyük Səhrada suverenliyini bərpa edir
Bizi izləyin

Dünya

Haqq gəldi, batil yox oldu: Bu ölkə Böyük Səhrada suverenliyini bərpa edir

Saytımızda Mərakeş-Azərbaycan əlaqələri, Mərakeşin Böyük Səhranın öz milli hüdudları çərçivəsində gördüyü əraziləri üzərində suverenliyinin dünya birliyi tərəfindən tanınması üçün apardığı gərgin diplomatik mübarizə haqda bir neçə dəfə yazılar dərc etmişik.

Publika.az xəbər verir ki, Mərakeş kralı VI Məhəmmədin ölkə parlamentinin illik iclasında etdiyi çıxış bu kontekstdə maraq doğurur. Kral çıxışında bildirib ki, taxta çıxanda vəd etdiyi kimi, daxili və xarici siyasətdə dəyişikliklər edilməsi kursuna sadiqdir.

“İllərdir qətiyyətlə, aydın baxışla problemi çox tanıtmaq üçün bütün mümkün vasitə və imkanlardan istifadə etmişik”, -kral əlavə edib.

Kral, Mərakeşinn Səhra üzərində haqlarının dünya birliyi tərəfindən daha çox etiraf olunmasını Qurani- Kərimdən iqtibas etdiyi “Haqq gəldi, batil yox oldu. Zira batil yoxluğa məhkumdur!” ayəsi ilə ifadə edib.

Çıxışda xatırladılıb ki, bu il Avropa İttifaqının aparıcı üzvləri Mərakeşin Səhra üzərində suverenliyini tanıyır və onun tərəfindən irəli sürülmüş ərazi muxtariyyəti ideyasını dəstəkləyirlər. O, Mərakeş Səhrasının inzibati mərkəzlərindən olan Daxlə şəhərində konsulluq açan dövlətlərə də təşəkkür edib. Qeyd edək ki, belə dövlətlərin sayı artıq 30-a yaxınlaşır.

Kral qazanılmış diplomatik uğurun möhkəmləndirilməsi üçün daha çox milli birliyə, bütün qüvvələrin səfərbər olunmasına ehtiyac duyulduğunu deyib.

Xatırladaq ki, Azərbaycan tərəfi Mərakeşin Böyük Səhranın tarixi Vadi-əz-Zəhəb bölgəsi üzərində suverenliyini tanıyır. Bu mövqe Azərbaycan parlamenti və xarici siyasət idarəsi rəhbərlərinin Rabata səfərləri zamanı da bir neçə dəfə səsləndirilib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm