ABŞ
Tramp rəqiblərini hansı cəzanın gözlədiyini AÇIQLADI
ABŞ-ın növbəti prezidenti Donald Tramp rəqiblərindən qisas almayacaq.
Publika.az xəbər verir ki, o, bununla bağlı "NBC News" telekanalına müsahibəsi zamanı söz verib.
Siyasətçinin sözlərinə görə, rəqibləri ona qarşı haqsızlıq ediblər, lakin o, siyasi qisas almayacaq.
"Ölkəmizin uğurlu olmasını istəyirəm, keçmişə qayıtmaq istəmirəm. ABŞ-ın uğuru qisas olacaq", - Tramp bildirib.
Həmin müsahibədə Tramp 2021-ci il yanvarın 6-da Kapitoliyə basqın etməkdə təqsirli bilinənləri əfv edəcəyinə söz verib. O, prezident kimi fəaliyyətə başladığı ilk gündə müvafiq fərman verməyi planlaşdırır.
Kapitoliyə hücumla bağlı baş verənlərə görə Trampın özünə qarşı iş açılıb. 2024-cü ilin noyabrında bağlanıb.
Siyasətçinin tərəfdarları 2021-ci ilin yanvarında seçkilərin nəticələri orada təsdiqlənərkən Kapitoli binasına daxil olublar və müvəqqəti olaraq binanı təhvil alıblar. Tramp daha sonra Kapitolidə baş verən hadisələri pisləsə də, günahını etiraf etməyib.
Hüseyn İbadlı
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki








































