Azərbaycanda tanınmış aparıcının evinə silahlı basqın edildi - Anbaan görüntülər
Bizi izləyin

Kriminal

Azərbaycanda tanınmış aparıcının evinə silahlı basqın edildi - Anbaan görüntülər

Azərbaycanda tanınmış aparıcının evinə silahlı basqın edildi - Anbaan görüntülər

Tanınmış teleaparıcı Firuzə Cəlilova Novxanıda yerləşən bağ evinə basqın edilməsi ilə bağlı "İnstagram" hesabında videomüraciət yayıb.

Publika.az xəbər verir ki, hadisə noyabrın 26-sı saat 22:00 radələrində baş verib.

Aparıcının bildirdiyinə və yayılan müşahidə kamerası görüntülərinə əsasən, əraziyə beş avtomobillə təxminən 15 nəfərdən ibarət naməlum şəxslər gəlib. Görüntülərdə həmin şəxslərin hasara dırmanaraq həyətə daxil olduqları, avtomobillərdən düşərkən əllərində soyuq silahların olduğu və həyətdəki itlərin zərərsizləşdirildiyi əks olunub.

Hadisə zamanı evdə Firuzə Cəlilovanın 63 yaşlı anası və 12 yaşlı övladı olub.

Məlumatda qeyd edilir ki:

  • Evdə olanların 3 mobil telefonu əlindən alınıb;
  • Yataq otağında saxlanılan, təxminən 20 min manat dəyərində qədimi boyunbağı və təxminən 10 min manat dəyərində bir cüt brilyant sırğa oğurlanıb;
  • Evdə və həyətdə quraşdırılmış müşahidə kameralarının avadanlıqları, domofon sistemi və digər elektron qurğular aparılıb.

Təqdim edilən məlumatlarda hadisədə iştirak edən avtomobillərdən dördünün dövlət qeydiyyat nişanları göstərilib:

  • 1. 99-ME-666
  • 2. 90-ME-007
  • 3. 90-YA-094 (videokadrda "90-AY-094" kimi də görünür)
  • 4. 10-CE-025

Firuzə Cəlilova Daxili İşlər Naziri Vilayət Eyvazova və hüquq-mühafizə orqanlarına müraciət edərək hadisənin araşdırılmasını, avtomobillərin və hadisədə iştirak edən şəxslərin müəyyənləşdirilməsini, oğurlanmış əşyaların geri qaytarılmasını və təqsirkarların qanun qarşısında məsuliyyətə cəlb olunmasını xahiş edib. O, baş verənlərdən sonra ailəsinin, xüsusilə də 63 yaşlı anasının və azyaşlı övladının təhlükəsizliyi ilə bağlı narahatlığını dilə gətirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm