Baydenin Harrislə münasibətləri pisləşdi
Bizi izləyin

ABŞ

Baydenin Harrislə münasibətləri pisləşdi

ABŞ prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harris arasında münasibətlər, sonuncunun 2024-cü il prezident seçkilərində məğlub olmasından sonra daha da pisləşib.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qeyd olunub ki, Harrisin köməkçiləri, Baydeni prezidentlik yarışını çox gec tərk etməkdə açıq şəkildə günahlandırmasalar da, özəl olaraq deyirlər ki, Harrisin seçki kampaniyası üçün əlavə bir neçə həftə seçkinin tamamilə fərqli nəticəsinə gətirib çıxara bilərdi.

Öz növbəsində, birinci xanım Cill Bayden, 2020-ci ildə təhsil proqramları ilə bağlı debatda ərini tənqid etdiyinə görə 2020-ci ildən bəri Harrisə qarşı düşmənçilik edir.

Ağ Ev Bayden və Harris arasındakı münasibətlərdə hər hansı bir soyumanı inkar edir, lakin Donald Trampın noyabrda prezident seçkilərində qalib gəlməsindən sonra indiki administrasiyanın bir çox əməkdaşı mövcud iş mühitini depressiv və yorucu kimi təsvir edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm