Kriminal
Müğənni Elçin qadınları əxlaqsızlığa cəlb edirmiş? - Detallar üzə çıxdı
Rusiyanın paytaxtı Moskva şəhərində xeyli sayda azərbaycanlı qadını fahişəliyə cəlb edən "Maşa" ləqəbli Mətanət Məmmədovaya hökm oxunub.
Publika.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, ötən ilin oktyabr ayında hava limanında saxlanılan 1979-cu ildə Balakəndə doğulmuş, Rusiya Federasiyasının vətəndaşı olan Mətanət Məmmədovaya Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə cinayət işi açılıb, işə baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Rusiyada "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib. Həmçinin azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.
O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham edilib. Zərərçəkmiş qadınlardan biri hətta "Maşa" ləqəbi ilə tanınan Mətanət Məmmədovaya görə Rusiyada meşələrin birində ağaca bağlanaraq əxlaqsızlığa məruz qaldığını deyib. Digər zərərçəkmiş qadınlar da yüksək məbləğdə maaş vədi ilə aldanaraq Moskvaya getdiklərini və orada Mətanət Məmmədova tərəfindən istismara məcbur edildiklərini deyiblər. Hətta bəzi qadınlar Azərbaycana qayıtdıqdan sonra Mətanət Məmmədova tərəfindən video görüntülərlə şantaj edilərək Moskvaya geri dönməyə məcbur ediliblər.
Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan "Elçin Göyçaylı" kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınlara yüksək maaş veriləcəyi vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində "Elçin Göyçaylı" ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb.
Mətanət Məmmədova məhkəmədə özünü qismən təqsirli bilib. Deyib ki, son 32 il ərzində 4-cü dəfədir Azərbaycana - anasının qəbrini ziyarət etmək üçün gəlib. Oktyabr ayında zərərçəkmiş qadınların şikayəti əsasında saxlanılıb. Təqsirləndirilən şəxs zərərçəkmiş qadınları məcburi deyil, öz istəkləri ilə fahişəliyə cəlb etdiyini də deyib: "Qızlara onlarla görüşmək istəyən kişilər olduğunu deyəndə özləri sevinə-sevinə görüşə gedirdilər".
Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
-
Hadisə02:18Həmin piyadanı vuran şəxs futbolçu imiş - Foto/Video
-
Qoroskop01:40Günün ulduz falı: intuisiya sizi doğru istiqamətə aparacaq
-
ABŞ01:20Trampa sui-qəsd cəhdində ittiham olunan şəxs məhkəmə qarşısında
-
Nəqliyyat27 Aprel 22:32Bu yolda təhlükəli vəziyyət: hər an çökmə ola bilər - Foto
-
ABŞ27 Aprel 22:18ABŞ onu axtarır: Məlumat verən şəxsə 10 milyon dollar ödəniləcək
-
Magazin127 Aprel 20:48Bir həftə əvvəl üzük taxan Pünhanın nişanı qayıdıb? - Video
-
Nəqliyyat27 Aprel 20:12Bu küçədə hərəkət birtərəfli təmin ediləcək
-
Ekopublika.az27 Aprel 18:30Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi...
































.png)



