ABŞ
Bəxt Trampın üzünə gülür: 3-cü dəfə də prezident ola bilər
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri ABŞ prezidenti Donald Trampın üçüncü müddətə yenidən prezident seçilməsinə icazə verən qətnamə təqdim ediblər.
Publika.az xəbər verir ki, sənədin müəllifi Respublikaçıların Tennessi ştatından olan nümayəndəsi Endi Oqlesdir.
Konqresmen ölkə prezidentinin mümkün səlahiyyət müddətlərinin sayını üçə çatdırmaqla ABŞ Konstitusiyasına dəyişiklik etməyi təklif edir.
“Heç kəs üç dəfədən artıq prezident vəzifəsinə seçilə və ya ardıcıl iki müddətə seçildikdən sonra əlavə müddətə yenidən seçilə bilməz”, – qərar layihələrinin mətnində deyilir.
Qeyd edək ki, sənəd qəbul edilsə, Donald Tramp 2028-ci ildə üçüncü müddətə seçilə bilər, çünki o, 2020-ci ildə Co Bayden qalib gəldiyi zaman təkrar seçkilərdə qalib gələ bilməmişdi.
Adəm Abbaslı
-
Avropa20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir












.jpg)
.jpg)



















