Bakının mərkəzində İNSİDENT: binadan özünü atmaq istədi
Bizi izləyin

Kriminal

Bakının mərkəzində İNSİDENT: binadan özünü atmaq istədi

Bakıda fəhlə işlədiyi yerdə intihara cəhd edib.

Publika.az xəbər verir ki, Şəmkir rayon Muxtariyyət kənd sakini Ələsgərli Tahir Rövşən oğlu Füzuli küçəsi 23 ünvanındakı binanın damına çıxaraq özünü atacağını elan edib. Hadisə yerinə gələn xilasedicilərin apardıqları psixoloji söhbətdən sonra onu fikrindən daşındırmaq mümkün olub.

İlkin araşdırma zamanı məlum olub ki, T.Ələsgərli tikintidə fəhlə işləyir və Cavid adlı ustanın ona 500 manat borcu var. Fəhlə ustadan pulunu ala bilmədiyi üçün intihara cəhd etdiyini bildirib.

Araşdırma aparılır.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm