Art
Tanınmış şair vəfat etdi
Tanınmış şair Camal Yusifzadə bu səhər qəfil dünyasını dəyişib.
Bu barədə mərhumun həyat yoldaşı məlumat verib. O, bildirib ki, Camal müəllim ürək xəstyəliyindən əziyyət çəkirdi, gecə yatıb və yxudan ayılmayıb.
Camal Yusifzadə 1941-ci il avqustun 19-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda ADU-nun tarix fakültəsində təhsil alıb. Tələbəlik illərində bədii yaradıcılığa başlayıb, ilk şerini 1963-cü ildə Lənkəranda çıxan "Leninçi" qəzetində dərc etdirib.
Əmək fəaliyyətinə Lənkəranda "Leninçi" qəzeti redaksiyasında
ədəbi işçi kimi başlayın, həm də 2 saylı şəhər orta məktəbində
tarix müəllimi olub. Sonra Bakıda Azərbaycan Sovet
Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor vəzifələrində
işləyib (1966-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında
teatr, kino və musiqi şöbəsində ədəbi işçi, sonra şöbə müdiri olub
(1972-1990).
Televiziya və Radio Verilişləri Şirkətində ədəbi dram verilişləri
baş redaksiyası baş redaktorunun müavini olub (1991-1998).
Həmin şirkətdə Azərbaycan Telefilm Yaradıcılıq Birliyinin baş
redaktoru işləyirdi (1998-ci il-dən). Onun "Dağlar arxasız olmur",
"İtil getlər", "Kim dəli, kim ağıllı", "Ölümü köynəkdən keçirən
oğul", "Sabaha ömür payı qazananlar" və s. pyesləri tamaşaya
qoyulub.
Şair, dramaturq, nasir Camal Yusifzadə 1978-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, 1979-cu ildən Azərbaycan Jurnalistlər
Birliyinin üzvü olub.
Allah rəhmət eləsin. (Kulis)
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ