Filosof, yoxsa cizgi filmi qəhrəmanı? - - FOTOLAR
Bizi izləyin

Art

Filosof, yoxsa cizgi filmi qəhrəmanı? - - FOTOLAR

Publika.az sizə məşhur sitatları hansı cizgi filmlərində eşitdiyinizi xatırladacaq:

Bəzən heç gözləmədiyimiz bir insan həyatımızın elə bir anında bizə elə bir məsləhət verir ki, filosoflar onun yanında yalan olur. Əminəm ki, hər birimizin ətrafında belə insanlar olub, var və olacaq.

Uşaq vaxtı izlədiyimiz cizgi filmlərinin qəhrəmanlarından bəzən elə sözlər eşidirdik ki, mənasını dərindən bilmirdik. Lakin zaman keçdikcə qarşımıza çıxan fəlsəfi fikirlər, aforizmlər, filosoflardan sitatlar, el məsəlləri, atalar sözləri və.s bizə qeyr-ixtiyari bu cizgi filmlərindən bəzilərini xatırladır.

Publika.az sizə məşhur sitatları hansı cizgi filmlərində eşitdiyinizi xatırladacaq:

1. "Simsonlar ailəsi" cizgi filmində e.ə. 12-7 əsrlərdə yaşadığı ehtimal edilən əfsənəvi qədim yunan şairi Homerin fikirləri səsləndirilib. Təsadüfi deyil ki, obrazın adı da Homer Simson olub: "Həyatda hər şey çətin qazanılır, ölüm belə"

2. "Ördək hekayələri" cizgi filmində Skruç adlı ördək obrazı XIX əsr alman filosofu Fridrix Engelsin fikirlərini, həyata baxışını canlandırır. Diqqət etsəniz, filosofun sözlərinə filmin süjet xəttində tez-tez rast gələcəksiniz.

3. "Futurama" - Mett Qroninq tərəfindən yaradılmış elmi-fantastik satirik cizgi serialı. Bender Bendinq Rodrigez çox içki içən, siqaret çəkən meksika əsilli robotun timsalında 20-ci əsr alman filosofu və klassiki olan Fridrix Vilhelm Nitsşenin obrazı təsvir edilir.

4. "Şrek" cizgi filmi. Şrekin keçən əsrin əvvəllərində yaşamış güləşçinin obrazı olduğunu bilirik. Lakin filmin süjet xəttində yəhudi əsilli Ziqmund Freydin psixoanalizləri əsasında qadın və kişi münasibətləri qarşılaşdırılıb.

5. "Eva nənə" cizgi filmində dərin psixologiyanın banisi hesab olunan isveçrəli psixoloq Karl Qustav Yunqun yanaşmaları əks olunur. Şüuraltı komplekslərə xitab edən ifadələr izləyənləri düşündürür.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm