Erotizmin ədəbiyyatdakı yeri - "Eyş-işrətin yazı dilinə köçürüldüyü əsərlər" - - FOTOLAR
Bizi izləyin

Art

Erotizmin ədəbiyyatdakı yeri - "Eyş-işrətin yazı dilinə köçürüldüyü əsərlər" - - FOTOLAR

Böyük səs-küyə səbəb olan filmlər haqqında maraqlı faktlar.

Tarix boyu ədəbiyyatda erotizm məsələsi çox mübahisəli olub. Buna baxmayaraq, istər dünya ədəbiyyatında, istərsə də yerli ədəbiyyatlarda erotizm bir-birindən çox fərqli şəkildə qələmə alınıb. Bənzəri mətnlər əsasında hətta bir çox filmlər də çəkilib. Məsələn, britaniyalı yazıçı E.L.Ceymsin "Bozun əlli çaları" adlı erotik janrda qələmə aldığı kitab əsasında çəkilən film rekord sayda izləyici toplayıb. Son illərin ən çox oxunan erotik romanı hazırda dünyanın bir çox ölkələrində satış rekordları qırır. Bu əsər bir çox tənqidçilər tərəfindən "analar üçün porno" adlandırılıb.

Publika.az sizə erotizmin ədəbiyyatda yer aldığı bədii əsərlər və onların əsasında çəkilmiş böyük səs-küyə səbəb olan filmlər haqqında maraqlı faktları təqdim edir:

1. “Məhəbbət sənəti” - Ovidius

Romalı şairin kitabında məhəbbət sənəti tərənnüm edilir. Kitabda yazıçı qadınlara və kişilərə sevgili tapmağın sadə üsullarını izah edir. Bu kitab Ovidius ilə Roma imperatoru arasındakı münasibətləri yaxşılaşdırıb. Ancaq sonradan bilinməyən səbəblərdən yazıçı Romadan sürgün edilir.

2. “Satrikon” - Petronius

Romalı yazıçı Petronius "Satrikon" əsərində Neron dövründə zövqə, lüksə, əyləncəyə düşgün səfeh həyatı istehzalı bir dillə təsvir edir. Erotik məzmunlu əsərin qəhrəmanlarından olan Trimalçio özündən sonra bir çox yazıçıya ilham vermişdir. Fitsceraldın "Möhtəşəm Gatsby"sində, Henri Millerin "Qara yaz"ında Trimalçionun adı keçir.

3. “Phaidon və şan” - Platon

Platonun "Phaidon və şan" adlı dialoq şəklində qələmə alınmış əsərində ilahi Eros və dünyəvi Erosun söhbəti təsvir edilir. İlahi Eros ruhunu tapmağa çalışan, dünyəvi Eros isə şəhvət hissi ilə dolu, seksual instinktlərinin əsiri olmuş biri kimi təsvir edilir. Platona görə erotizm şəhvətin mükəmməlləşdirilmiş formada təsviridir.

4. “Dekameron” - Covanni Bokkaçço

"Dekameron"un tərkibinə erotikadan tutmuş tragediyaya kimi müxtəlif məzmunlu novellalar daxildir. 14-cü əsrə qədər sinif ayrımı və dinlərin təsiri altında qaydalardan kənara çıxmayan insan ruhu eyş-işrətin, erotizmin nə olduğunu unudub. Əsər sanki böyük bir dünyanı dağıdır. Bokkaçço əsərdə “qəlblərinizi, bədənlərinizi, xəyal gücünüzü oyadın və eyş-işrəti sərbəst yaşayın”, - deyə oxuculara çağırış edir.

5. “Salo və ya Sodomun 120 günü” - Markes de Sade

İtalyan yazıçı bu əsərini Bastilya həbsxanasında incə bir lələk qələmlə, on iki metrin on santimetrə olan taxtalar üzərinə yazıb. İşgəncənin, sadizmin və əxlaqsızlığın hər növünün yer aldığı yaradıcılıq nümunəsi yalnız 110 il sonra dərc olunub.

6. “Şumerlərin daşlar üzərindəki erotizmi”

Bağdaddan 150 kilometr aralıda yerləşən Şumer şəhərinin Nippur adlanan bölgəsində aşkarlanan qədim fars yazılar dünyanın ən qədim məhəbbət şeiri kimi tarixə düşüb. "Mənim baldan şirin nəvazişlərim" kimi misraların yer aldığı şeir erotik məzmunda yazılıb. Tarixi yazılar İstanbulun Arxeologiya Muzeyində türkçəyə tərcümə edilib.

7. “Henri Miller kitabları”

Henri Millerin "Xərçəng tropiki” əsərində bir sıra seksual səhnələr yer alsa da, bu əsərin əsas süjet xəttini təşkil etmir. Henrinin əsərlərində yer alan açıq-saçıq səhnələr onun əsərlərinin çap olunmasına bir sıra qadağalar qoydu. Sanksiyalar səbəbindən 1960-cı illərə qədər müəllifin əsərləri ABŞ-da çap olunmayıb. Yalnız 1964-cü ildə ABŞ-ın Ali Məhkəməsi əyalət məhkəmələrinin ədəbsizlik haqqında qərarını ləğv etdikdən sonra əsərin çapına icazə verilib.

8. “Ruh üşüməsi” - Ədalət Ağaoğlu

20-ci əsr Türk ədəbiyyatının ən əhəmiyyətli romanistlərindən biri olub. Müəllifin 1991-ci ildə yazdığı "Ruh Üşüməsi" əsəri haqqında dediyi "Eyş-işrəti yazı dilində sınadım" fikirləri məşhurdur. Əsərdə qadın və kişinin şəhvətli hisslərlə həzz anına çata bilməməsini əslində əxlaqın, ənənənin, siyasətin və şəxsi maraqların çürükçülüyü ilə əlaqələndirib.

9. “Erotik jurnal” - Min bir busə

1923-1924-ci illərdə İstanbulda çap olunan erotik jurnal ən şəhvətli və ehtiraslı hekayələr toplusu kimi tanınıb. Yaş məhdudiyyəti qoyulan kitab dövrün bütün nəşriyyatlarında, kitab evlərində çap edilib. Mehmed Raufun təşəbbüsü ilə dərc edilən jurnalda əsasən o illərdə İstanbulda bir dam altında yaşayan "geniş" ailələr və qulluqçuların şəhvətli həyatı, eşq macəraları və saf duyğuları təsvir edilirdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm