Art
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar.
Publika.az xəbər verir ki, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər.
Onların “Vaqarşapat rəqsi” adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasında erməni pianoçu Hayk Melikyan tərəfindən ifa olunub.
Ermənilər bu musiqinin 1947-ci ildə Arno Babacanyan tərəfindən yazıldığını iddia ediblər.
Bu həqiqətən doğrudurmu?
Məsələ burasındadır ki, bu əsər dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasındandır.
Üzeyir Hacıbəyli bu komediyanı hələ 1910-cu ildə yazıb. Onun premyerası 1911-ci ildə, Arno Babacanyanın anadan olmasından 10 il əvvəl Bakıda baş tutub.
Komediya 1912-ci ildə Şuşada tamaşaya qoyulub. Əsər ilk dəfə 1919-cu ildə lentə alınıb. İkinci dəfə isə “O olmasın, bu olsun” filmi 1956-cı ildə çəkilib.
Təqdim etdiyimiz videoda erməni pianoçu Hayk Melikyanın ifa etdiyi “Vaqarşapat rəqsi” ilə Üzeyir Hacıbəylinin yazdığı “O olmasın, bu olsun” musiqisini müqayisə edə bilərsiniz. ("Trend")
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ
-
İdman14:10Ailəm bütün bunlardan çox əziyyət çəkib - Messi şikayətləndi
























.jpg)













