Art
Çingiz Sadıqov dəfn olundu - FOTO - (YENİLƏNİR)
Xalq artisti Çingiz Sadıqov Təzəpir məscidindəki vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn edilib.
Publika.az xəbər verir ki, dəfn mərasimində dəfn komissiyasının üzvü Fatma Abdullazadə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq artistləri Eldar Quliyev, Fərhad Bədəlbəyli, Murad Adıgözəlov və başqaları iştirak edib.
Mərhumun ruhuna dualar oxunub
***
Mərhumun nəvəsi Rüstəm Sadıqov bildirib ki, Xalq artisti ürək əməliyyatından sonra vəfat edib. O, uzun sürən xəstəlikdən əziyyət çəkib: "Özü istədi ki, Azərbaycanda dəfn olunsun. Vəsiyyəti bu idi. Biz də bu vəsiyyətinə əməl etdik. Hər zaman Azərbaycanı düşünürdü. Bakı ilə bağlı xeyli xatirəsi vardı. Bizə də danışırdı".
Rüstəm Sadıqov vida mərasiminə anası, dayısı və xalaları ilə birgə qatıldığını deyib.
Xalq artisti, kinorejissor, Eldar quliyev bildirib ki, Ç.Sadıqov atasının ən yaxın dostlarından idi. "Çingiz Sadıqov dahi Müslüm Maqomayevlə də çox yaxşı münasibətdə olub. Onun bizim musiqiyə gətirdiyi yeniliklər və göstərdiyi əvəzsiz xidmətlər heç vaxt unudulmayacaq".
***
Xalq artisti, pianoçu Çingiz Sadıqovla Təzə Pir məscidində vida mərasimi başlayıb.
Publika.az xəbər verir ki, vida mərasimində Xalq artistinin xanımı Ceyran Sadıxova, ailə üzvləri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın tanınmış elm xadimləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.
Xalq artisti II Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Çingiz Hacı oğlu Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.
Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.
Çingiz Sadıqov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Musiqiçi 1994-cü ildən ABŞ-ın San-Fransisko, son vaxtlar isə San-Xose şəhərlərində yaşayıb. 2017-ci il dekabrın 30-da orada dünyasını dəyişib.
Fotolar: Elnur Muxtar
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO