Art
Hüseyn Cavidə həsr olumuş unudulmaz ədəbi gecə keçirildi - FOTO
Dünən Dövlət İncəsənət Muzeyində Azərbaycan xalqının böyük oğlu, şair, dramaturq, görkəmli mütəfəkkir, ictimai xadim, ölməz yazıçı - Hüseyn Cavidin yaradıcılıq gecəsi keçirilib.
Publika.az xəbər verir ki, tədbir “Söz” və “Dinlə” ədəbi layihələrinin rəhbəri Nigar Həsənzadənin təşəbbüsü və Azərbaycan Mədəniyyət nazirliyinin dəstəyi ilə baş tutub.
Yaradıcılığı və həyat yolu Azərbaycan tarixi və ədəbiyyatının xəzinəsinə çevrilən Hüseyn Cavidə həsr olunmuş gecədə, qonaqlar Hüseyn Cavidin doğma qardaşı qızı Gövhər xanımın təsirli çıxışını dinləyib. O, çıxışında dramaturqun ailəsi, uşaqlıq xatirələrindən və onların faciəli taleyindən qısa hekayələr danışıb.
Daha sonra Xalq şairi Sabir Rüstəmxanlı Hüseyn Cavidə həsr etdiyi şeirlərini səsləndirib. Sabir bəy çıxışında bir daha "SÖZ" layihəsini dəstəklədiyini bildirib və ölkədə onun sosial və ictimai əhəmiyyətini qeyd edib. Həmçinin gənc yazıçı və şair Sayman Aruz şair haqqında məlumat və maraqlı fikirlərlə çıxış edib.
Məşhur teatr və kino artistləri gecənin xüsusi qonaqları olub. Əməkdar artist Mehriban Zəki, aktyorlar Tural Əhməd, Elxan Rza və Kamran Yunus dahi şairin böyük sətir və fikirlərini dinləyicilərin diqqətinə çatdırıb. Gecənin qonaqları arasında qəhrəmanın yaxın qohumları, mədəniyyət xadimləri, ictimai və mədəniyyət xadimləri, teatr və kino artistləri olub.
Tədbir "SÖZ" layihəsinin gənc və istedadlı iştirakçıları olmadan ötüşməyib. Gecədə Hüseyn Cavidin şeirlərini rus dilinə tərcümə edən gənc şairə İren Tsalova öz tərcümələri ilə çıxış edib. Şeirin orijinal versiyasını Mehman Rəsulov oxuyub.
Ədəbi gecənin kuliminasiyası isə “SÖZ” layəsinin ən gənc iştirakçısı, 12 yaşlı Əsgər Novruzovun çıxışı olub. Ə.Novruzov H.Cavidin “İblis” poemasından məharətlə məşhur monoloqu deyib.
Foto: Kamran Bağırov
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ