Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Qara Qarayevin ev muzeyini ziyarət etdi
Bizi izləyin

Art

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi Qara Qarayevin ev muzeyini ziyarət etdi

Fevralın 5-də dahi Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayev anadan olmasının ildönümü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi və tabe müəssisələr sənətkarın ev muzeyini ziyarət ediblər.

Muzeyin əməkdaşı Qara Qarayevin yaradıcıllığı, bəstəkarın fəaliyyəti, yazdığı əsərlər haqqında ətraflı məlumat verib. Bildirib ki, Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib. İlk əsərlərini, o cümlədən "Yeddi gözəl" baletini burada yaradıb. Qeyd olunub ki, Qara Qarayev Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyovun və Dmitri Şostakoviçin tələbəsi olan, milli musiqimizi öz dövrünün avanqard bəstəkarlıq texnikası ilə uzlaşdıraraq mədəniyyətimiz tarixində yeni səhifə açan bir bəstəkar olub.

Sonra İdarənin kollektivi Muzeyin ekspozisiyasında Qara Qarayevin həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar - sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, bəstəkarın şəxsi əşyaları və istifadə etdiyi məişət əşyaları ilə tanış olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm