Avropa
Rusiya üçün çətin günlər başlayır - 20 ölkədən HÜCUM QƏRARI
Avropanın 20 dövləti "Skripal işi"nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır.
Publika.az "Report"a istinadən xəbər verir ki, "The Times" qəzetinin yazdığına görə, Rusiyaya qarşı tədbirlər martın 26-da həyata keçiriləcək.
Qərb kampaniyası Avropa İttifaqının Moskvadakı səfirinin geri çağırılması ilə başlayacaq.
"İndiyədək misli görünməmiş və əlaqələndirilmiş şəkildə ölkə ərazisindən çıxarılma mərhələsi bazar ertəsindən Avropa İttifaqının Moskvadakı səfirinin 4 həftəlik geri çağırılması ilə başlanacaq", - deyə "The Times" yazıb.
Müvafiq qərar martın 22-də Aİ-nin Brüsseldə keçirilən sammitində qəbul olunub. Britaniyanın baş naziri Tereza Mey yenidən Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın zəhərlənməsində günahlandırıb və preparatın adını açıqlayıb.
Litva, İrlandiya, Fransa və Almaniya Londondan nümunə götürərək rusiyalı diplomatları ölkədən göndərməyə razılıq veriblər.
Bununla yanaşı, rusiyalı diplomatları Çexiya, Niderland, Bolqarıstan, Danimarka, Estoniya, Latviya və digər Avropa ölkələri də çıxarmağa hazırdır.
ABŞ da bu variantı nəzərdə keçirir.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO