Avropa
İspaniyada “erməni mafiyası”na qarşı ƏMƏLİYYAT - 129 nəfər həbs olundu
İspaniyada iyun ayının sonlarında “erməni mafiyası”na qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.
Bu barədə İspaniya milli polisinin nümayəndələri bu gün Madriddə keçirilən mətbuat konfransında bildirib.
Əməliyyatlar iyunun 26-da başlayıb. Bu müddət ərzində 129 nəfər saxlanılıb, İspaniyanın müxtəlif şəhərlərində 74 axtarış keçirilib.
Saxlananlar barəsində korrupsiya, şantaj, qanunsuz silah saxlama, çirkli pulların yuyulması, narkotik ticarəti, saxta sənədlərin və saxta pulların düzəldilməsi və digər ittihamlar irəli sürülüb.
Qeyd olunur ki, erməni mafiyasının üzvləri avtomobilləri bir ölkədən digərinə keçirib, sənədləri dəyişərək satışa çıxarıb. Bundan başqa, onlar postsovet məkanında müxtəlif idman oyunlarının nəticələrinə təsir göstərib, danışılmış oyunlar təşkil edib.
Axtarışlar zamanı 100 min avro pul, silah-sursat, qiymətli metalların əridilməsi üçün avadanlıq və çoxlu sayda tütün və narkotik vasitələr aşkar edilib. (trend)
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ