Bu, Rusiyanın böyük səhvi olacaq – Kerri
Bizi izləyin

Avropa

Bu, Rusiyanın böyük səhvi olacaq – Kerri

Ukrayna barəsində istənilən hərbi hərəkətlərə başlamaq Rusiyanın böyük səhvi olacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın keçmiş dövlət katibi Con Kerri çıxış edib.

“Mən Rusiyanın hərəkətlərini proqnozlaşdırmıram, amma ümid edirəm ki, onlar təhrik etməmək və əlavə beynəlxalq hadisələr yaratmamaq üçün kifayət qədər ağıllı olacaqlar. Eyni zamanda, bu gün heç kim Rusiya tərəfindən kiberhücumlardan sığortalanmayıb və bu il Ukrayna onların əsas hədəfi olacaq”, - o deyib.

Barak Obama administrasiyası dövründə Kiyevə ölümcül silahın verilməsi haqqında çox ehtiyatlı qərarların qəbul edildiyini deyən Kerrinin sözlərinə görə, istənilən qızğın silahlanma münaqişənin eskalasiyasını təhrik edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm