ABŞ-dan sonra Britaniya da İranı sanksiyalarla "VURDU"
Bizi izləyin

Avropa

ABŞ-dan sonra Britaniya da İranı sanksiyalarla "VURDU"

Böyük Britaniya İranın İsrailə hücumundan sonra İranın pilotsuz uçuş aparatları (PUA) və raket sənayesini hədəf alan yeni sanksiyalar elan edib.

Publika.az Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, İranın dron istehsalı şəbəkəsində yaxından iştirak edən daha iki fiziki və dörd hüquqi şəxsə sanksiya tətbiq edilib.

Böyük Britaniya həmçinin pilotsuz təyyarə və raket istehsalında istifadə olunan komponentlərin İrana ixracına yeni qadağalar tətbiq etməklə İrana qarşı ticarət sanksiyalarını genişləndirmək planını açıqlayıb. Bildirilib ki, bu tədbirlər İranın sözügedən silahları təkmilləşdirmək üçün lazım olan komponentlərə çıxışını məhdudlaşdıracaq.

Birləşmiş Krallığın xarici işlər naziri Devid Kemeron deyib ki, Britaniya öz tərəfdaşları ilə birlikdə İranın İsrailə hücumuna köməklik göstərən şəbəkələrin qarşısını kəsməyə davam edəcək.

Qeyd edək ki, Böyük Britaniya və ABŞ ötən həftə də İrandan yeddi fiziki şəxsə və altı quruma sanksiyalar tətbiq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm