• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Zelenski artıq yorulub - Ukrayna prezidenti ilə bağlı ŞOK ETİRAFLAR

  • Avropa
  • 31 Oktyabr 2019 17:02
  • 550 Baxış
Zelenski artıq yorulub - Ukrayna prezidenti ilə bağlı ŞOK ETİRAFLAR

Ukrayna prezidenti Vladimir Zelenski yorulub.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan “Ukraynskaya Pravda” qəzetinə danışıb.

Onun sözlərinə görə, Vladimir Zelenskini media və sosial şəbəkədən gələn neqativ rəylər incidir: “Mənfi emosiyalardan bezib. Mediada bizə qarşı mənfi fikirlər irəli sürüldüyü üçün o, əziyyət çəkir. Buna görə də prezidentə sosial mediada təhrif olunmuş məlumatlarla üzləşməmək üçün şəbəkələrdən mümkün qədər az istifadə etməsini tövsiyə edirəm. Zelenskinin aktiv iş tempi də yorğunluğuna səbəb olur. O, hər zaman harasa gedir və keçmiş dövlət başçısı Pyotr Poroşenkonun "xəyal etmədiyi" bir çox səviyyəli beynəlxalq görüşlər keçirir. Populyarlıq, Amerikanın impiçment məsələsi, seçki kampaniyasının özü və müxtəlif ölkələrdə keçirilən mətbuat konfransları Zelenskidən çox güc və enerji alır”.

Boqdanın sözlərinə görə, cəmiyyət Ukrayna hökumətinin müəyyən tədbirlərini yanlış anlayır.

Qeyd edək ki, Vladimir Zelenski bu ilin may ayından etibarən prezident postundadır.

Zümrüd

Xəbər lenti

DAHA ÇOX XƏBƏR