Avropa
50 mindən çox insanın koronavirusdan əziyyət çəkdiyi ölkədən RADİKAL QƏRAR
50 mindən çox insanın koronavirusa yoluxduğu Belçikada radikal qərar qəbul edilib.
Publika.az xəbər verir ki, ölkədə pandemiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər bu gündən etibarən yumşaldılmağa başlanıb.
Sosial məsafənin qorunması şərti ilə bəzi iş yerləri açılıb. Velosipeddən istifadə və 3 nəfərdən ibarət qrupla gəzməyə icazə verilir.
Test sayının gündə 25 minə çatdırılması hədəflənən Belçikada yoluxanlarla təmasda olanları təsbit etmək üçün mobil xidmətlər yaradılacaq. Baxçalar valideynləri tibb işçisi olmayan uşaqların da qəbuluna başlayacaq. Avtobus və qatar səfərlərinin sayı artırılır. İctimai nəqliyyatda 12 yaşdan yuxarı maska taxmaq məcburiyyəti qüvvəyə minəcək.
11 maydan etibarən digər bəzi mağazaların da istifadəyə açılması planlaşdırılır.
18 maydan isə məktəblərin açılması, toy və yas mərasimlərinin keçirilməsi nəzərdə tutulur.
Restoran, kafe və mağazaların açılması 18 maya saxlanılır.
Buna rəğmən, mütəxəssislər yumşaldılma prosesindən sonra ikinci dalğanın gəlməsi barədə xəbərdarlıq siqnalları verir.
Qeyd edək ki, son sutka ərzində ölkədə 361 yeni yoluxma qeydə alınıb, 80 nəfər ölüb. Beləliklə, dünyasını dəyişənlərin sayı 7 min 924-ə çatıb. 59 nəfər xəstəxanaya yerləşdirilib. 655 nəfər reanimasiyada saxlanılır.
Zümrüd
-
Magazin221:12
Məşhur türk müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək