Avropa
Atəşfəşanlıq ciddi xəsarətlərə, yanğınlara və münaqişələrə səbəb oldu
Yeni il gecəsi İsveçdə atəşfəşanlıq zamanı çoxsaylı hadisələr baş verib. Bu isə ciddi xəsarətlərə, yanğınlara və münaqişələrə səbəb olub.
Publika.az xəbər verir ki, atəşfəşanlıq zamanı 55 yaşlı kişi qolundan, digər hadisə zamanı isə azyaşlı uşaq gözündən xəsarət alıb. Daha bir oğlan da yaralanıb və vəziyyəti ağır olaraq qiymətləndirilir. Yaralılar xəstəxanalara çatdırılıb, polis isə sağlamlığa ziyan vurulması ilə bağlı araşdırmalara başlayıb.
16 yaşlı gənc ağır xəsarətlə nəticələnən hadisədə şübhəli bilinir. Belə ki, atəşfəşanlıq zamanı istifadə olunan partladıcı polis əməkdaşının üzünə dəyib. Avtomobildə partladıcının istifadə olunması nəticəsində on beş yaşlı qız kürəyindən yaralanıb. Hadisənin səbəbləri hələ də məlum deyil. Polis hadisənin qəza və ya qəsdən törədildiyini araşdırır.
Əlində silah olan yaşlı kişi atəşfəşanlıq edən insanları hədələdiyi üçün saxlanılıb. Hədə-qorxu və silah saxlanılması haqqında qanunların pozulmasına dair cinayət işi açılıb. Hadisənin şahidi olan qadın şok vəziyyətində xəstəxanaya çatdırılıb.
Yeni il bayramları zamanı İsveçdə yanğınlar da baş verib. Böyük yanğınlardan biri futbol klubunun binasını tamamilə məhv edib. Daha bir yanğın qarajda baş verib Bundan başqa, polis yanan şamın səbəb olduğu mənzil yanğını hadisəsini də araşdırır.
Yeni il şənliyi ilə bağlı olmayan digər hadisələr də baş verib. Bir hadisədə yaşlı cütlük üç naməlum şəxs tərəfindən qarət edilib, üstəlik onlardan biri cütlüyü bıçaqla hədələyib. Səksən beş yaşlı kişi başından xəsarət alıb. Digər hadisə zamanı 15 yaşlı yeniyetmələr atışmanın qurbanı olublar, bu da qətlə cəhd kimi qiymətləndirilir.
Paytaxt regionunda gecə nisbətən sakit keçib.
Yeni il gecəsində bütün ölkə üzrə polis gücləndirilmiş iş rejimində çalışıb.
(Azərtac)
-
İdman16:29"Mançester Yunayted"in əfsanəsi kar oldu
-
MDB16:18Donmuş avtomobilini qızdıran zaman yandırdı - VİDEO
-
Nəqliyyat16:09Ağsu aşırımında nəqliyyatın hərəkətində çətinliklər yarandı
-
Magazin214:49Məşhur bloger elə görüntüsünü paylaşdı ki... - FOTO
-
Maraq dünyası14:39Qadına kömək etdi, özü ölümdən geri döndü - VİDEO
-
Magazin214:2870 yaşlı keçmiş siyasətçi çimərlik geyimində poza verdi - FOTO
-
MDB14:09Ukrayna ordusu bir neçə istiqamətdə irəlilədi
-
Nəqliyyat13:48DYP-dən sürücülərə xəbərdarlıq













.jpg)
























