Avropa
Fransa nəşri Makronun çöküşünün başlanğıcından yazdı: bu gün gecə saatlarında...

Fransa Prezidenti Emmanuel Makron itirdiyi etibarını geri qazanmaq axtarışındadır.
Publika.az xəbər verir ki, bu barədə ölkənin “Le Figaro” nəşri yazıb.
Məqalədə bildirilib ki, ölkədə koronavirus pandemiyası getdikcə pisləşir. Keçirilən son anket sorğularında xalqın 61%-nin pandemiya ilə lazımi səviyyədə mübarizə aparılmadığı qənaətində olduğu üzə çıxıb. E.Makron ötən gün COVID-19-la bağlı təşkil olunan Səhiyyə Müdafiəsi Şurasının toplantısından sonra 14 iyuldan bəri pandemiya ilə bağlı şəxsən və birbaşa açıqlama verməmək qərarından imtina edib. Onun bu gecə TF1 və “France2” dövlət telekanallarında canlı yayımda çıxış edəcəyi gözlənilir.
Bildirilir ki, pandemiyanın ikinci dalğası Fransa prezidentinin strategiyasını tamamilə əksinə çevirib. Nəşrin xəbərində prezidentin strategiya mütəxəssisinin 2022-ci ildəki prezident seçkilərində Fransa xalqının gözündə böhranın siması olmaqdan qaçmağa çalışdığı bildirilib.
Zümrüd

-
İdman11:46
Qurban Qurbanovun ailəsinin çempionluq FOTOSU
-
Dünya11:39
Məşhurlar Ərdoğanı belə təbrik edir: Ömrümdən 40 il sənin olsun, rəis
-
Magazin111:08
"Birinci dəfə ailə həyatı quranda..." - Roza Zərgərli
-
İdman10:30
Ramil Şeydayevlə Qurban Qurbanov belə vidalaşadı - TƏSİRLİ ANLARIN VİDEOSU
-
Magazin210:00
Alişandan Ərdoğana DƏSTƏK: "Hər zaman qalib gələn böyük lider"
-
Ekologiya07:17
Bu yerlərdə yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək
-
Magazin106:16
“21 gün xəstəxanada həyatda qalma mübarizəsi apardım”
-
Magazin203:13
Edis azərbaycanlı xanım reperə dəstək oldu - FOTO