• USD 1,7000 0,00% EUR 1,9076 0,00%
    • GBP 2,2618 0,00% RUB 0,0225 0,00%

Belçikada Belarus səfirliyinin binasına OD VURDULAR

Belçikada Belarus səfirliyinin binasına OD VURDULAR

Belarusun Belçikadakı səfirliyinin binası naməlum şəxslər tərəfindən yandırılıb.

Publika.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hadisə ilə əlaqədar konsulluq məsələləri üzrə qəbul müvəqqəti olaraq dayandırılıb.

Müraciətdə deyilir:

"Hörmətli vətəndaşlar, naməlum şəxslər tərəfindən Belarus Respublikasının Belçika Krallığındakı səfirliyinin binasında yanğın törədilməsi nəzərə alınaraq, konsulluq məsələləri ilə bağlı vətəndaşların qəbulu texniki səbəblərə görə müvəqqəti olaraq dayandırılıb".

Şöbənin nə vaxt işə başlayacağı barədə əlavə məlumat veriləcəyi ilə bağlı vəd verilib.

Hüseyn

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR