Avropa
Azərbaycan ssenarisi Ukraynada... - Kortunov
ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib.
“Rusiya tərəfinin məqsədi Qərb vasitəsilə Kiyevə siqnal göndərməkdir. Əgər Kiyev Donbasdakı vəziyyəti güc yolu ilə həll etməyə çalışarsa, o zaman 2008-ci ildə Saakaşvilinin aqibəti ilə üzləşəcək. Putin gözləyir ki, Bayden Zelenskiyə onun Donbasdakı vəziyyəti güc yolu ilə həll edəcəyi təqdirdə Qərbdən heç bir dəstək olmayacağını izah etsin”, - deyə o bildirib.
Kortunovun fikrincə, bu cür siqnallar Donbasın hərbi yolla həllini müdafiə edən siyasətçilər və hərbçilər üçün çəkindirici vasitə ola bilər:
“Düşünürəm ki, Bayden də Ukraynaya belə bir siqnal göndərməkdə maraqlıdır, çünki ABŞ Ukrayna uğrunda döyüşmək fikrində deyil, ümumiyyətlə, NATO-ya üzv olan digər ölkələr də həmçinin. Burada heç kim Gürcüstan ssenarisinin təkrarlanmasını istəmir, hamı başa düşür ki, burada Azərbaycan ssenarisinin təkrarı baş verməyəcək, çünki Rusiya Donbasda çoxlu Rusiya vətəndaşının olduğunu nəzərə alaraq müdaxilə etmək məcburiyyətində qalacaq”.
-
Avropa18:00
Orban Trampı razı salmaq üçün Ukraynanı görün nə ilə hədələdi
-
Region17:10
Paşinyan və Tokayev görün nəyi müzakirə edib
-
Rəsmi xronika15:24
Prezident fərman imzaladı
-
Hadisə14:50
Bakının məşhur restoranında ofisiantlar müğənnini bıçaqladı - TƏFƏRRÜAT
-
Yaxın Şərq13:58
"Hizbullah" hədəfi dəyişdi: 1500 erməni bombardman edildi
-
Dünya13:28
Antalya Hava Limanının tualetində şok görüntü - Rus qadın 12 dəqiqəyə...
-
MDB13:10
SON DƏQİQƏ: Rusiya qoşunları bu əraziləri nəzarətə götürdü
-
Magazin112:46
Tatlısəsdən Alim Qasımova qarşı təxribat: “Elə günə qoydu…”