Ankara Helsinki və Stokholma terrorçuların yeni siyahısını verəcək
Bizi izləyin

Avropa

Ankara Helsinki və Stokholma terrorçuların yeni siyahısını verəcək

Türkiyə hakimiyyəti Finlandiya və İsveçə terrorda ittiham olunan şəxslərin yeni ekstradisiya siyahısını verəcək.

Publika.az xəbər verir ki, bu barədə “Yeni Şafak” məlumat yayıb.

Nəşrin məlumatına görə, avqustun 26-da Finlandiya ərazisində Helsinki və Stokholmun NATO-ya daxil olması ilə bağlı məsləhətləşmələr keçiriləcək. Bu, alyansın sammitində imzalanmış üçtərəfli memorandum çərçivəsində yaradılmış Birgə Daimi Mexanizmin iclasıdır.

Qeyd olunur ki, Türkiyə tərəfdən nümayəndə heyətinə prezidentin mətbuat katibi İbrahim Kalın və ölkənin xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edəcək. Qəzet yazır ki, Ankara hələ yerinə yetirilməmiş 10 bənd üzrə öhdəliklərini ölkələrə xatırladacaq.

“Vurğulanacaq ki, Ankara terrorçuların ekstradisiyası və yerinə yetirilməli olan öhdəliklərlə bağlı qərarlıdır”, – “Yeni Şafak” yazır. Eyni zamanda terrorçuların siyahısı genişləndirilib, daha əvvəl Türkiyənin ekstradisiyasını tələb etdiyi vətəndaşların adları da əlavə edilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm