Avropa
Azərbaycan-Ermənistan sərhədinə ATƏT missiyası göndərilir? - Kritik MÜZAKİRƏ

ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə təşkilatın missiyasının Ermənistan-Azərbaycan sərhədindəki münaqişə zonasına göndərilməsi imkanlarını müzakirə edib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Ermənistan və Azərbaycan sərhədində son hadisələr və bu regiona ATƏT-in missiyasının göndərilməsinin potensial imkanları müzakirə edilib”, - Polşa Xarici İşlər Nazirliyindən bildiriblər.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. ("Report")

-
Magazin118:48
Zaur və xanımı ölkədən gedir? - ÖZÜ DANIŞDI
-
MDB18:24
Kabab bişirənlərə XƏBƏRDARLIQ - 15 min rubl cərimə gözləyir
-
Gözəllik18:00
Pakistanlı Əli ilə azərbaycanlı Nərgizin sevgi hekayəsi - FOTOLAR
-
Sosial17:00
Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...
-
Hadisə16:15
Elgünün ölümündən əvvəl son VİDEOSU
-
Elm və təhsil14:58
İxtisası deyil, qrupu seçməyin fəsadı: Bu fənni tədris edəcək müəllimlər tapılmayacaq
-
Maraq dünyası14:00
Üç min illik tarixi olan cənnət: Bu şəhərdə əbədi bahar var - FOTOLAR
-
Ekologiya13:15
Sabah hava yağmursuz keçəcək