Boris Conson Baş nazir olmaqdan İMTİNA ETDİ
Bizi izləyin

Avropa

Boris Conson Baş nazir olmaqdan İMTİNA ETDİ

Boris Conson Britaniyanın baş naziri postuna namizəd olmayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, Britaniya hökumətinin keçmiş rəhbəri 59 mühafizəkarın dəstəyini qazansa da, yarışı davam etdirmək üçün 100 bal toplamalı idi.

Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak 144 deputatla Mühafizəkarlara başçılıq edir.

Oktyabrın 20-də Liz Trass Böyük Britaniyanın baş naziri vəzifəsindən 44 gün sonra istefa verdiyini açıqlayıb. Böyük Britaniyanın yeni baş naziri bir həftə ərzində seçiləcək.

Xatırladaq ki, Boris Conson 2022-ci il iyulun 7-də bir sıra siyasi və intizam qalmaqallarından sonra istefa verib.

Oktyabrın 22-də məlum olub ki, Boris Conson yeni seçkilərdə iştirak etməyə imkan verən 100 deputatın dəstəyini alıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm