Avropa
Rəşt-Astara dəmir yolunun tikintisi üç ildən çox çəkə bilər

Rəşt-Astara dəmir yolunun tikintisi üzrə Rusiya ilə birgə layihənin həyata keçirilməsi üç ildən çox vaxt apara bilər.
Publika.az xəbər verir ki, bunu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Transtek” beynəlxalq forumunun plenar iclasında İranın sənaye, mədən və ticarət nazirinin müavini, Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlireza Peymanpak deyib.
“Biz Rusiya ilə Rəşt və Astara şəhərləri arasında dəmir yolu nəqliyyatının infrastrukturunu inkişaf etdirməliyik, lakin təəssüf ki, bu layihə yaxın üç il ərzində tamamlanmaya bilər, çünki bunlar, deyək ki, uzaq gələcək üçün tətbiq olunan tədbirlərdir”, - nazir müavini iki ölkənin logistika və yükdaşıma sahəsinə qarşı sanksiyaların bərabərləşdirilməsinə yönəlmiş praktiki addımlara sürətlə keçməsinin zəruriliyindən danışarkən bildirib.
Qeyd edək ki, Rəşt-Astara xəttinin uzunluğu 170 km olacaq. Layihənin məqsədi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin quru hissələrini birləşdirməkdir ki, bu da Transxəzər marşrutunun iqtisadi səmərəliliyini artıracaq. Ehtimal olunur ki, Rəşt-Astara xətti Moskva və Tehranın, Astara (İran) - Astara (Azərbaycan) xətti isə Moskva, Tehran və Bakının iştirakı ilə inşa ediləcək.

-
Kriminal20:12
"Nərmin işində" ifadə verməli olan ekspertlərdən GÖZLƏNİLMƏZ ADDIM
-
Sosial19:55
Azərbaycanda deputat orta məktəbə direktor təyin olundu
-
Kriminal19:24
Məhkəmə MTN generalı ilə bağlı yeni QƏRAR VERDİ
-
Nida Xəbər 19:03
İsrailin müdafiə naziri Bakıya etdiyi zəngdən danışdı: - "Bu gün səhər mən..."
-
Nida Xəbər 18:54
Mehman Əhmədli biznesmenin itinə meyxana deyib? - "Bir nəfər yaxınlaşdı ki..."/Video
-
Nida Xəbər 18:27
Daha bir Avropa ölkəsinin prezidenti Kiyevə gəldi
-
Sosial17:55
Bunu edənlərə 3 ilədək həbs cəzası veriləcək - YENİ MADDƏ
-
Sosial17:38
Sabahdan hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ