Rus əsgərləri Türkiyə gəmisinə belə basqın ediblər - ANBAAN VİDEO
Bizi izləyin

Avropa

Rus əsgərləri Türkiyə gəmisinə belə basqın ediblər - ANBAAN VİDEO

Rus əsgərlərinin Qara dənizdə Ukraynanın İzmail limanına səfər edən “Şükrü Okan” quru yük gəmisini dayandıraraq basqın etdiyi anların görüntüləri yayılıb.

Publika.az "Haber Global"a istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Qara Dəniz Donanmasının patrul gəmisi "Vasili Bıkov"un Palau bayraqlı "Şükrü Okan" quru yük gəmisini dayandırması və rus əsgərlərinin gəmiyə basqın etməsinin görüntülərini paylaşıb.

Nazirlikdən verilən açıqlamada, “Kadrlarda rus əsgərlərinin dayanma xəbərdarlığına əməl etməyən “Şükrü Okan” quru yük gəmisinə Ka-29 tipli helikopterlə eniş etdiyi, sənədləri yoxladığı və qadağan olunmuş malların olub-olmadığını bilmək üçün yoxlamalar apardığı anlar əks olunub” ifadələri yer alıb.

Açıqlamada yoxlanışıbeynəlxalq tələblərə uyğun aparıldığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm