Avropa
Almanlara ölümcül təhlükə barədə xəbərdarlıq edildi
Almaniya hakimiyyəti ölkənin qərb bölgəsində yaşayan sakinlərə əlverişsiz hava şəraitinin ölümcül təhlükəsi barədə xəbərdarlıq edib.
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, almanlara evlərini tərk etməmələri ilə bağlı çağırış edilib.
Hava şəraitinin qəfil pisləşməsi yollarda hadisələrin sayının artmasına səbəb olub. Almaniyanın bir neçə bölgəsində qar fırtınası zamanı yolların sürüşkən olması və ağac budaqlarının aşması səbəbindən insanlar avtomobillərində sıxışıb. Reynqau-Taunus ərazisində yüzlərlə sürücü və sərnişin evakuasiya edilməli olub, daha 70 nəfər isə başqa yaşayış məntəqəsinin yaxınlığındakı yolda avtomobilindən düşə bilməyib.
Pis hava şəraiti iki sürücünün həyatına son qoyan qəzalara da səbəb olub. Qurbanlardan biri Baden-Vürtemberqdən olan 71 yaşlı kişidir. Polisin məlumatına görə, o, idarəetməni itirib və qarşıdakı zolağa çıxıb. Oxşar hadisə Reynland-Pfalzdan olan 54 yaşlı sürücü ilə də baş verib.
Hüseyn İbadlı
-
İdman02:42
"Çelsi" Ermənistan klubunu DARMADAĞIN ETDİ
-
Qarabağ 02:22
"Şuşa" həbsxanası ilə bağlı yeni xəbər - VİDEO
-
MDB01:41
Rusiya dollar və avrodan imtina edir? - Putin DANIŞDI
-
Magazin100:30
Günayı məhkəməyə verdilər - FOTO
-
MDB7 Noyabr 23:36
COP29-da Rusiya nümayəndə heyətinə o rəhbərlik edəcək - FOTO
-
İKT7 Noyabr 23:00
Yeni dələduzluq növü yayılıb? - Polis XƏBƏRDARLIQ ETDİ
-
Ekologiya7 Noyabr 20:00
Bayram günlərində hava necə olacaq? - PROQNOZ
-
Elm və təhsil7 Noyabr 19:00
Məktəblərdə payız tətili günlərinin tarixi AÇIQLANDI