Mistika
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
Proqnozlarının düzgünlüyünə görə "Yeni Nostradamus" adlandırılan ekstrasens Kreyq Hamilton-Parker yeni ilin Böyük Britaniya üçün siyasi baxımdan çətin olacağını bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, "Metro" nəşrinə deyib.
Parker baş nazir Kir Starmerin hakimiyyətdən uzaqlaşdırılacağını və onun vəzifəsinin müvəqqəti olaraq daxili işlər naziri İvet Kuper tərəfindən icra ediləcəyini iddia edib.
Ekstrasens əlavə edib ki, şahzadə Harri və Meqan Markl bu il boşanacaqlar. Onun sözlərinə görə, britaniyalı aristokrat ABŞ-ni tərk edərək vətəninə qayıdacaq və orada ölkənin ictimai həyatında iştirak etməməyə çalışacaq. Atası Kral III Çarlz onu qucaq açaraq qarşılayacaq və bağışlayacaq. Lakin qardaşı Uilyam ilə barışmaq daha uzun çəkəcək.
Hamilton-Parker xəbərdarlıq edib ki, ABŞ Donald Trampın hakimiyyətə qayıdışı ilə bağlı dramatik hadisələrlə üzləşəcək. O bildirib ki, seçilən prezident avtomobilindən düşərkən güllələnəcək. Lakin Tramp sağ qalacaq və bir çox amerikalılara özünü güclü prezident kimi göstərəcək. Eyni zamanda, Tramp və İlon Mask arasındakı münasibətlər tez bir zamanda pisləşəcək.
O əlavə edib ki, Birləşmiş Ştatları etiraz aksiyaları, köhnə qayda və qanunların ləğvi, Meksika divarının inşası və çoxlu sayda qeyri-qanuni miqrantın ölkədən çıxarılması gözləyir. (Oxu.Az )
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ25 Noyabr 16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm25 Noyabr 15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika25 Noyabr 15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika25 Noyabr 14:02Prezident fərman imzaladı







.png)




























