Avropanın bu ölkəsində 2 milyona yaxın insan ifrat yoxsulluq həddində yaşayır
Bizi izləyin

Avropa

Avropanın bu ölkəsində 2 milyona yaxın insan ifrat yoxsulluq həddində yaşayır

2022-ci ildə Polşada həddindən artıq yoxsulluq içində yaşayan insanların sayının 1,8 milyon olduğu açıqlanıb.

Publika.az xəbər verir ki, müstəqil tədqiqat mərkəzi "Szlachetna Paczka" Polşa Statistika İdarəsinin (GUS) 2022 məlumatlarına əsaslanaraq hazırladığı hesabatı dərc edib. Hesabatda ölkədə 1,8 milyon insanın ifrat yoxsulluq içərisində yaşadığı və bunun ölkə əhalisinin təxminən 5 faizini təşkil etdiyi qeyd olunub. Ölkədə həddindən artıq yoxsulluq içində yaşayanların 400 mininin uşaq, 300 mininin isə təqaüdçü olduğu bildirilib.

Əhalinin təqribən 12 faizinin (4,5 milyon nəfər) nisbi yoxsulluq içində yaşadığı və çətin şəraitdə dolandığı vurğulanan hesabatda polyakların 3 faizinin qida və gündəlik gigiyena materialları kimi əsas ehtiyaclarını təmin edə bilmədiyi də məlumatlar arasında yer alıb.

Hesabatda həddindən artıq yoxsulluq, tək yaşayan bir fərd üçün orta hesabla 753 Polşa zlotisi (326 manat) və ailə üzvləri ilə yaşayan bir şəxs üçün ayda orta hesabla 670 zloti (290 manat) ilə yaşamaq məcburiyyəti kimi təyin olunub. Həddindən artıq yoxsulluq içində olan ailələrin yaşamaq üçün gündə 20 Polşa zlotisinə (8 manat 66 qəpik) ehtiyacı olduğu qeyd edilərək, yoxsulların işsiz olmadığı, lakin az maaşlı işlərdə çalışdıqları vurğulanıb.

Hesabatda hər üç polyakdan birinin son altı ayda qənaət edə bilmədiyi vurğulanıb və 2018-ci ildə təxminən 1,7 milyon işləyən polyakın yoxsulluq riski ilə üz-üzə olduğu xatırladılıb.

Polşada 2022-ci ildə ərzaq qiymətləri demək olar ki, 22 faiz, mənzil kirayələri isə 20 faizdən çox artmışdı.

Nəzrin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm